“Paris-2024”də komandamıza 2-ci qızıl medalı qazandıran Zelim Kotsoyev qələbəsini şərh edib. O, Azərbaycan Bayrağını ucaltmaqdan və Himnimizi səsləndirməkdən qürur hissi keçirdiyini deyib:
–Çox sevinirəm ki, çəkdiyimiz əziyyət hədər getmədi. Ailəmi və Azərbaycanı sevindirdiyim üçün şadam. Bilirdim ki, Azərbaycanda hamı məni dəstəkləyir. Qələbəmi Azərbaycana həsr edirəm. Yeni qələbələr qazanmaq üçün bundan sonra da səylərimi əsirgəməyəcəyəm.
Cüdoçu Olimpiya çempionu Hidayət Heydərovun qələbəsinin ona yarışöncəsi motivasiya verdiyini vurğulayıb:
–Hidayətin qələbəsi məni ruhlandırdı. O mənə dəstək oldu. Bütün günü məşq zalında mənimlə idi. Mənə olduqca kömək edirdi. Ona görə də Hidayətə minnətdaram.