Bu gün Paris Olimpiadasının açılış mərasimi keçirilir

post-img

İyulun 26-da Fransanın pay­taxtında XXXIII Yay Olimpiya Oyunları açılış mərasimi ilə rəs­mən start götürür. Tədbir Sena çayı üzərində barjalarda təşkil olunacaq. Olimpiya tarixində ilk dəfə açılış mərasimi şəhərdə açıq məkanda keçirilir və ictima­iyyətə açıqdır. Açılış mərasimini bilet alaraq izləmək istəyənlər üçün isə tribunalar qurulub. 

Nümayəndə heyətləri Sena çayı üzərində 6,5 kilometrlik xətt boyunca qayıqla üzərək açılış mərasimində iş­tirak edəcəklər. Mərasimdə Azərbay­canın bayraqdarları qadın cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayevdir. Bu möh­təşəm tədbir Trokadero meydanında başa çatacaq. 

Yarışların məkanı

Olimpiya tədbirlərinin əksəriyyəti paytaxt Parisdə və qonşu şəhərlər­də təşkil ediləcək. Məşhur “Stad de Frans” arenası atletika, reqbi yarış­larına, eləcə də oyunların bağlanış mərasiminə ev sahibliyi edəcək. Bu mötəbər yarışın futbol qarşılaşmaları Marselin “Velodrom”, Lionun “Olim­pik Park”, Bordonun “Matmyut At­lantik”, Sent-Etyenin “Joffrua Qişar”, Nitsanın “Alyans Riveyra” və Nantın “Bojuar” stadionlarında təşkil oluna­caq. Sena çayının üzərində yerləşən III Aleksandra körpüsündə yarışın keçirildiyi günlərdə triatlon, velosiped idmanı, üzgüçülüyün marafon yarış­ları baş tutacaq. 

Kamandan oxatma, marafon və velosiped idmanı yarışları “Espla­nada” Əlillər Evi, Sena çayının sağ sahilində Bersi bulvarının 12-ci da­irəsində yerləşən “Akkor Arena”da idman və bədii gimnastika, batut, eləcə də basketbolun finalı keçirilə­cək.

Avarçəkmə və slalom kanalında müvafiq idman növləri, Avropanın çoxfunksiyalı, qapalı stadionlarından biri sayılan “Pari-La-Defans Arena”­da üzgüçülük yarışları, eləcə də su polosu üzrə final görüşləri, “Port-de-la-Şapel Arena”da badminton və bə­dii gimnastika yarışları olacaq. Digər yarışlar isə başqa məşhur idman məkanlarında təşkil olunacaq. 

“Change the Games” beynəlxalq forumu 

Paris-2024 Yay Olimpya Oyunları ərəfəsində baş tutan forumda proq­ram üzrə müxtəlif məsələlər müza­kirə olunub.

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qa­yıbov forumda çıxış edib, panel iclaslarında müzakirələrə qatılıb. Nazir Azərbaycanın UNESCO və müxtəlif ölkələrin müvafiq qurumla­rı ilə əməkdaşlıq məsələləri, həyata keçirilən layihələr barədə məlumat verib.

F.Qayıbov forum çərçivəsində UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini, Çili­nin idman naziri, Anqolanın gənclər və idman naziri, Madaqaskarın nəq­liyyat və meteorologiya naziri, Tanza­niyanın Nazirlər Kabinetinin ədliyyə və konstitusiya işləri naziri, Cənubi Afrikanın idman, incəsənət və mədə­niyyət naziri, Samoanın idman və is­tirahət naziri və Kosta-Rikanın idman naziri ilə ikitərəfli görüşlər keçirib.

UNESCO-nun ofisində həmçinin Azərbaycan və Qambiya arasında gənclər və idman sahələrində əmək­daşlıq memorandumu imzalanıb.

Bilet satışında rekord

Paris Oyunları tarixin ən çox bilet­li olimpiadasıdır. Bu oyunlara verilən 10 milyon biletin 9 milyondan çoxu satılıbsa, ondan əvvəlki rekord 1996-cı ildə Atlanta Oyunlarına aiddir – 8,3 milyon bilet. Paris 1900 və 1924-cü illərdə Yay Olimpiya Oyunlarına ev sahibliyi edib və 2024-cü il oyunları da daxil olmaqla, Londondan sonra 3 dəfə Yay Olimpiya Oyunlarına ev sahibliyi edən ikinci şəhər olacaq. Bu oyunların proqramına ilk dəfə breyk dans idman növü daxil edilib.

Təhlükəsizlik məsələləri gündəmə gəlib

Terrorizm və etirazlardan tut­muş kiberhücumlara qədər “Pa­ris-2024”ün Təşkilat Komitəsinin üzləşdiyi çətinliklər, idmançıların və tamaşaçıların təhlükəsizliyini təmin etmək indi ən aktual məsələlərdən biridir. Təşkilatçıların uzun müddətdir ki, açılışın keçiriləcəyi Sena çayının vəziyyəti ilə bağlı tənqid dalğası ilə üzləşməsi hamıya məlumdur. Hət­ta Fransa prezidenti və Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax Senanın olimpiadaya uyğun olmasını sübut etmək üçün oyunla­rın məşəli alovlanana qədər çayda çiməcəklərinə söz vermişdilər. Pa­risin meri Ann İdalqo və Fransanın idman naziri Olimpiya Oyunlarından əvvəl suyun təmiz olduğunu sübut etmək üçün hətta Sena çayında üzüblər.

Azərbaycan – 49 medal, 63-cü yer 

İndiyədək oyunlarda idmançı­larımız tərəfindən 5460 qızıl, 5429 gümüş və 5892 bürünc medal qaza­nılıb. Ümumi medal sıralamasında siyahıya 2629 medalla ABŞ başçılıq edir. Azərbaycan 49 medalla 63-cü pillədə qərarlaşıb. Ölkəmizin təmsil­çiləri müstəqillik illərində keçirilən 7 Olimpiadada 7 qızıl, 14 gümüş və 28 bürünc mükafat qazanıb. Paris Olim­piadasında Azərbaycanın qazanaca­ğı ilk medal 50-ci – yubiley mükafatı olacaq. 

Qeyd edək ki, ölkəmiz oyunlarda 48 idmanı ilə 15 idman növündə təm­sil olunur. Avqustun 11-dək davam edəcək oyunlarda 206 ölkədən 10 min 500 idmançı iştirak edəcək.







İdman