“Qarabağ” yeni mövsümə qələbə ilə başladı

post-img

Dünən Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start verilib. Azərbaycan çempionu “Qarabağ” komandası da yeni mövsümdə ilk rəsmi matçına çıxıb.

Qurban Qurbanovun çalışdırdığı Ağ­dam təmsilçisi qitənin ən nüfuzlu klub tur­nirinin yeni mövsümündəki ilk sınağında Cəbəllüttariq çempionu “Linkoln”un qonağı olub. Oyun 2:0 hesabı ilə “Qarabağ”ım xey­rinə başa çatıb.

Xatırladaq ki, “Qarabağ” ÇL-in ötən mövsümündə də bu komanda ilə üz-üzə gəlmişdi. Səfərdə “Linkoln” komandasına 2:1, evdə isə 4:0 hesabıyla qalib gələn Ağ­dam təmsilçisi mərhələ adlamışdı.

Bu komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respub­lika stadionunda keçiriləcək. Bu cütün qalibi ÇL-in 3-cü təsnifat mərhələsində “Lüdoqo­rets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Be­larus) cütünün güclüsü ilə üz-üzə gələcək.

XQ

İdman