Futbol millimiz UEFA-da 25-cidir

post-img

Futbol üzrə Avrokubokların I təsnifat mərhələsinin cavab oyunlarının üçüncü gününün nəticələrindən sonra UEFA reytinqində dəyişikliklər olub.

Azərbaycan əvvəlki kimi 25-ci pillədədir. Ölkəmizin aktivində 17,000 xal var. “Zirə”nin evdə “Şerif”ə uduzması (1:2) Azərbaycana xal qazandırmayıb.

Macarıstan Slovakiyanı keçərək 23-cü yerdə qərarlaşıb. İrlandiya Kosovonu, İslandiya Latviyanı, Litva Albaniyanı, Gürcüstan Şimali Makedoniyanı üstələyib. Cədvələ 89,160 xalla İngiltərə başçılıq edir.

L.QURBANOVA 
XQ

 

İdman