Stolüstü tennisçilərimiz pley-offda

post-img

İsveçin Malmö şəhərində təşkil olunan yeniyetmə və gənc stolüstü tennisçilərin Avropa cempionatının şəxsi yarışlarında Mərziyyə Nurmətova, Aylin Əsgərova, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə və Yağmur Məmmədli qrup mərhələsini adlayaraq pley-offa yüksəliblər. 

Mərziyyə Nurmətova - Aylin Əsgərova tandemi isə qoşa yarışlarda 1/32 finalda Almaniya, 1/16 finalda isə Çexiya təmsilçiləri üzərində qələbələrlə 1/8 finala vəsiqə qazanıblar. Stolüstü tennisçilərimiz bu mərhələdə yarışın əsas favoritlərindən sayılan Rumıniya komandası ilə qarşılaşacaqlar.  Qeyd edək ki, U-15 və U-19 kateqoriyasında keçirilən Avropa çempionatında məşqçilər Elnur Hidayətzadə, Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi ilə 12 idmançımız mübarizə aparır. Avropa çempionatı iyulun 21-dək davam edəcək. 

L.QURBANOVA 
XQ

 

İdman