Bölgələrdə voleybolun inkişafı, aşağı yaş qruplarının yaradılması, gənc qız və oğlanların sağlam həyat tərzinin təmin olunması məqsədilə 8 regional voleybol klubu (RVK) yaradılıb.
Qərar Azərbaycan Voleybol Federasiyasının İdarə Heyətinin iclasında qəbul olunub.
Bununla da, “Sumqayıt RVK” (qız), “Şərqi Zəngəzur RVK” (qız) “Abşeron VK”nın, “Bakı RVK” (qız, oğlan), “Oğuz RVK” (qız, oğlan), “Sumqayıt RVK” (oğlan) “Azərreyl VK”nın, “Naxçıvan VF” (oğlan), “Şərqi Zəngəzur RVK” (oğlan), “Tovuz RVK” (qız, oğlan), “Hacıqabul RVK” (qız, oğlan) “Murov Az Terminal VK”nın, “Gəncə RVK“ (oğlan) “Neftçi VK”nın, “Naxçıvan VF” (qız) “Milli Aviasiya Akademiyası VK”nın, “Gəncə RVK” (qız) isə “Gəncə VK”nın nəzarətinə verilib.
L.QURBANOVA
XQ