Qubada beynəlxalq basketbol turniri

post-img

Qadınlar arasında keçirilən 3x3 basketbol üzrə Qadın Seriyasının Quba mərhələsində iştirak edəcək komandaların qrupları və oyun təqvimləri bəlli olub.

Azərbaycan Basketbol Federasiyasından bildirilib ki, yarışda 8 komanda 2 qrupda mübarizə aparacaq. A qrupunda “Baku Fleyms”, Avstraliya, Niderland, Çin U-24, B qrupunda isə Çexiya Filippin, İran və “Düssel­dorf Zoos” (Almaniya) komandaları yer alacaqlar.

Quba mərhələsinin açılış oyunu iyulun 20-də “Baku Fleyms” və Niderland yığması arasında baş tutacaq. Qarşılaşma saat 16:30-da start götürəcək.

Qeyd edək ki, Dünya Seriyasının “Quba” mərhələsi iyulun 21-dək davam edəcək. 

L.QURBANOVA 
XQ

İdman