Avropa çempionatı: Millimiz 5 medal qazanıb

post-img

Serbiyada keçirilən güləş üzrə U-17 Avropa çempionatında yunan-Roma güləşi yarışları başa çatıb.

Azərbaycan güləşçiləri daha 5 medal qazanıblar.

Turan Daşdəmirov (51 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Ayxan Cavadov (60 kq) həlledici görüşdə Ermənistan güləşçisini məğlub edib. Təmsilçimiz Aleks Marqaryandan 9:4 hesabı ilə güclü olub. Səid Paşayev (92 kq) isə finalda serbiyalı Stevan Kojiçə tam üstünlüklə qalib gələrək, qızıl medala sahib çıxıb.

Yusif Əhmədli (71 kq) finalda həmkarlarının uğurunu təkrarlaya bilməyib. O, belaruslu Kiril Valeuskiyə (AİN) 3:7 hesabıyla məğlub olub.

45 kq çəkidə mübarizə aparan Nicat İsgəndərli günü bürünc medalla başa vurub. O, norveçli Abubakar Saqaya 10:6 hesabı ilə qalib gəlib.

Bununla da, yunan-Roma güləşi yığmamız Avropa çempionatında 3 qızıl, 2 gümüş, 4 bürünc medala sahib çıxıb.

Qeyd edək ki, yunan-Roma güləşçilərimiz Avropa çempionatının 2-ci günündə 1 gümüş, 3 bürünc qazanmışdılar.

Leyla QURBANOVA, XQ

İdman