Azərbaycanın iki boksçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən Avropa birinciliyində yarımfinala yüksəlib.
Komandamızın üzvləri Aylin Nəzərova (48 kq) və Əminə Tağı (52 kq) final uğrunda, müvafiq olaraq
italiyalı Giorgia La Rosa və rumıniyalı Maria Semeniçiuçlə qarşılaşacaqlar.
Hər iki boksçumuz yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı təmin ediblər.
Qeyd edək ki, Avropa birinciliyində yarımfinal döyüşləri iyunun 28-də keçiriləcək.
Leyla QURBANOVA, XQ