“Şamaxı” yeni mövsüm üçün heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Klubdan XQ-ə verilən məlumata görə, bölgə təmsilçisi Brahim Konateni heyətinə qatıb. Fransalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Karyerasına ölkəsinin “Oser” klubunda başlayan B.Konate vaxtı ilə Fransa U-20 yığmasının üzvü olub. 28 yaşlı futbolçunun son olaraq isə İsrailin “Hapoel Afula” klubunun formasını geyinib.
Qeyd edək ki, “Şamaxı” bu yay Adil Nağıyev, Rafael Məhərrəmli, İlkin Muradov, Rauf Rüstəmli, Rüfət Abbasov və Belaydi Pusini də heyətinə cəlb edib.