Sallivan: Kiyevə təhvil verilən F-16 qırıcıları Ukraynada yerləşdiriləcək

post-img

ABŞ tərəfindən Kiyevə verilən F-16 qırıcıları Ukrayna ərazisində yerləşdiriləcək.

XQ TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan PBS telekanalına müsahibəsində bildirib.

“Plan ondan ibarətdir ki, F-16-lar Ukraynada yerləşdiriləcək. Prezident Bayden ilə Prezident Zelenskinin imzaladığı ikitərəfli təhlükəsizlik sazişi bu məqamı vurğulayır: biz Ukraynaya bu imkanları əldə etməkdə kömək olmaq istəyirik. Bu vasitələr Ukraynada yerləşdirilməlidir”, - o deyib.

XQ

 

Dünya