Avarçəkənlərimiz Qazaxıstanda uğurla çıxış ediblər

post-img

İyunun 1-2-də Qazaxıstanın Uralsk şəhərində “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş kayak və kanoe üzrə beynəlxalq turnir keçirilib. 

Yarışda komandamız məşqçi Larisa Axundovanın rəhbərliyi altında 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb. İdmançılarımızdan Cavid Vəlizadə 2 nəfərlik kanoe qayığında 200 metr məsafə üzrə qızıl, 500 metr məsafəyə yarışda gümüş medal qazanıb. Bundan başqa, o, 1 nəfərlik kanoe qayığında 200 və 500 metr məsafələr üzrə 2-ci, qarışıq komanda yarışında 3-cü (500 metr məsafə) nəticə göstərib. 

Emil Zeynalov 2 nəfərlik kayak qayığında qarışıq komanda yarışında 500 metr məsafəni 1-ci yerdə tamamalayıb. Vacib Babayek-Şahin İsayev cütlüyü 2 nəfərlik kayak qayığında, Niyaz Məlikov isə 1 nəfərlik kayak qayığında 500 metr məsafədə 3-cü nəticə göstəriblər.  

L.QURBANOVA
XQ

İdman