Dünya kubokunda 3 medal

post-img

Azərbaycan akrobatika gimnastları Polşanın Jeşuv şəhərində keçirilən Dünya kuboku və beynəlxalq yarışda uğurla çıxış ediblər.

Dünya kubokunda təmsilçilərimiz 3 medal qazanıblar. Komandamızın üzvlərindən Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük qızıl medala sahib olub. Daniel Abbasov-Murad Rəfiyev cütü və Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli və Seymur Cəfərovdan ibarət qrup isə bürünc medal alıb. 

Beynəlxalq yarışda isə Diana Məmmədova, Safiya Babayeva və Firuzə Qasımzadədən ibarət qrup 12-18 yaş kateqoriyasında gümüş medala layiq görülüb.  

L.QURBANOVA
XQ

İdman