Avropa çempionatında mükafat

post-img

Bakıda qrapplinq üzrə Avropa çempionatı keçirilib. 

Bakı İdman Sarayında təşkil edilən yarışda Gi versiyasında (kimono ilə) 17 yaşadək oğlanlar arasında Əbülfəz Məmmədov (39-42 kq) və Davud Babayev (46 kq) gümüş medal qazanıblar. Rəvan Ağayev (39-42 kq), Vüqar Abbasov (46 kq), Nihad Məmmədzadə (50 kq) isə bürünc mükafata layiq görülüblər. Qızların yarışında Aysu Əliyeva (43 kq) 2-ci, Leyla Nurullayeva (46 kq) 3-cü yerləri tutublar. 

Gi versiyasında 20 yaşadək oğlanlar arasında Emil Verdiyev (62 kq), Elman Əsgərov (71 kq) gümüş medala yiyələniblər. Nərmin İsgəndərli (49 kq), Zeynəb Əlirzayeva (49 kq) isə müvafiq olaraq, 2-ci və 3-cü pillələrdə qərarlaşıblar. 

No-gi (kimonosuz) növündə U-17 və U-20 Azərbaycan millisi komanda hesabında 3-cü yer tutub.

L.QURBANOVA
XQ

İdman