Qoridə 7 medal

post-img

Gürcüstanın Qori şəhərində sərbəst güləş üzrə “Şxireli kuboku” turnirində U-20 millimiz 7 mükafat qazanıb. 

Komandamızın üzvlərindən Vasif Bağırov (57 kq), Musa Verdiyev (65 kq) və Ramik Heybətov (70 kq) bütün rəqiblərinə qalib gələrək qalib adına layiq görülüblər. Camal Abbasov (61 kq) gümüş medala sahib olub. Əhməd Əhmədli (74 kq), Emin Qocayev (79 kq) və Sadiq Mustafazadə (86 kq) bürünc medal alıb. 

Turnirdə Gürcüstan, Azərbaycan, ABŞ, Qazaxıstan və İran komandaları iştirak ediblər. 

L.QURBANOVA

İdman