Portuqaliyanın Koimbra şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku yarışı keçirilib.
Azərbaycan komandası turnirdə 3 gümüş və 2 bürünc medal qazanıb. Yarışda Nihad Rəhimov (60 kq), Slim Sultanov (66 kq), Hüseyn Eyvazlı (90 kq) gümüş medala layiq görülüblər. Kənan Sadıqov (66 kq) və Aytən Verdiyeva (57 kq) bürünc medala yiyələniblər.
Yekun nəticədə, Azərbaycan yığması ümumi hesabda 6-cı yeri tutub.
L.QURBANOVA
XQ