Güləş üzrə Bakıda keçirilən U-23 Avropa çempionatı başa çatıb.
Yarışın son günlərində mübarizə aparan sərbəst güləş üzrə millimiz digər komandalarımızın uğurunu davam etdirib. Turnirdə 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan yığmamız 137 xal toplayaraq komanda hesabında Avropa çempionu olub.
Türkiyə (119) ikinci, Moldova (96) isə üçüncü yeri tutub.
Qeyd edək ki, qitə çempionatında böyük uğurla çıxış edən (3 qızıl, 1 gümüş və 4 bürünc medal) yunan-Roma millimiz də komanda hesabında U-23 Avropa çempionu olub. Qadın güləşi üzrə yığmamız isə 1 qızıl, 1 gümüş, 1 bürünc medalla, ümumi hesabda 3-cü olub.
L.QURBANOVA
XQ