Mayın 26-da Gənclər və İdman Nazirliyi, “Triterra Baku TriathlonClub”un və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə
Pirallahi adasında “IronWinD” seriyasından Cənubi Qafqazda növbəti, ən uzun triatlon yarışının - klassik “yarı” IronWind 113 – turniri start götürüb.
Yarış iştirakçıları üzgüçülük üzrə 1,9, velosiped yarışında 90, qaçış mərhələsində isə 21,1 kilometr məsafə qət edəcəklər.
Fərdi, həm də estafet formatında keçirilən
turnirdə Azərbaycanla yanaşı, Qazaxstan, Özbəkistan, Rusiya, Belarusiya, Böyük Britaniya , BƏƏ, Ukrayna, İrlandiya və Gürcüstandan, ümumilikdə, 200 idmançı gücünü sınayır.
Leyla QURBANOVA
Cavid QAÇAYEV (foto)
XQ