FIFA ofsayd qaydalarına yenidən baxmağa hazırlaşır

post-img

FİFA futbolun qanunverici orqanı olan Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən ofsayd qaydalarına yenidən baxılmasına təşəbbüs göstərir.

Bu barədə “Athletic” məlumat yayıb.

Assosiasiya oyundankənar vəziyyətin müəyyən edilməsi qaydalarının dəyişdirilməsini təklif edir. Onların təklifinə görə, hücumçu bədəninin qol vura biləcəyi hər hansı bir hissəsi sonuncu müdafiəçi ilə bərabər olarsa, o zaman o, oyunda qalacaq.

Hazırda başının, bədəninin və ya ayağının hər hansı bir hissəsi rəqibin qapı xəttinə topdan və rəqibdən daha yaxındırsa və meydançanın rəqibin yarısındadırsa, oyunçu ofsaydda sayılır.

Belə yeniliklər artıq İtaliyanın U18 futbolunda və Hollandiya və İsveçdə müxtəlif yaş qrupları üzrə yarışlarda tətbiq olunur.

FİFA indi bu sınaqların digər ölkələrə və böyük futbola da şamil edilməsini istəyir. Qeyd olunur ki, İFAB bu ideyanı sınaqdan keçirməyə razılaşıb.

S.ELAY

XQ

İdman