Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu ilin fevral-mart aylarında Yasamal rayonu ərazisində paytaxt sakini olan bir qadının 144.000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Ə.Ələsgərov, O.Əliyev və T.Paşayev müəyyən olunaraq saxlanılıblar. Məlumatı DİN mətbuat xidməti yayıb.
Sumqayıt şəhərində bir nəfərin 500 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş N.Mirzəyev, digər bir nəfərin isə 900 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən N.Qurbanzadə və F.Əmirov saxlanılıblar.
Müxtəlif vaxtlarda paytaxt sakini olan 3 nəfəri aldadaraq hesabına 450 manat, 700 manat və 800 manat olmaqla ümumilikdə 1950 manat pul ödətdirməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü K.Abuşov müəyyən olunaraq saxlanılıb.
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə mayın 21-də rayon ərazisində “Mercedes” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş B.Mikayılov saxlanılıb.
Ondan metamfetamin də aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ