FIFA futbol əfsanələri arasında dünya çempionatı təşkil edə bilər

post-img

Beynəlxalq Futbol Federasiyası (FIFA) futbol əfsanələrinin dünya üzrə turunu təşkil etməyi, gələcəkdə isə sabiq futbolçular arasında dünya çempionatı keçirməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın prezidenti Canni İnfantino Banqkokda keçirilən FIFA-nın 74-cü Konqresində məlumat verib.

“Planlarımıza gəlincə, 2027-ci ilə qədər dünya üzrə 75 FIFA akademiyası olacaq”, - deyə təşkilatın prezidenti bildirib.

Fevral ayında “Daily Mail” məlumat vermişdi ki, İngiltərə 2024-cü ilin yayında ilk Futbol Əfsanələri Dünya Kubokuna ev sahibliyi etməyi planlaşdırır.

İdman