BOK jurnalistlərə Olimpiadada Rusiya simvollarını göstərməyi qadağan edib

post-img

Beynəlxalq Olimpiya Komitəsi (BOK) iyulun 26-dan avqustun 11-dək keçiriləcək Paris Olimpiadasında rusiyalı jurnalistlərə rus simvollarından istifadə etməyi qadağan edib. Bu barədə TASS agentliyi BOK-a istinadən xəbər verir.

Agentliyin həmsöhbəti “Media işçilərinə neytral idmançılarla eyni tələblər qoyulur” deyib.

2023-cü ilin dekabrında BOK ruslara və belaruslara Parisdə keçiriləcək Olimpiya Oyunlarında neytral statusda, himnini ifa etmədən və ölkənin bayrağını nümayiş etdirmədən iştirak etməyə icazə verib. Təşkilat qeyd edib ki, ruslar və belaruslar bütün komanda yarışlarında iştirak edə bilməyəcəklər. Müharibə səylərini fəal şəkildə dəstəkləyən və hərbi və ya milli təhlükəsizlik təşkilatları ilə əlaqəli olan şəxslər də Olimpiadada iştirakdan məhrum ediləcəklər. Müsabiqəyə akkreditə olunmuş vəzifəli şəxslər də buraxılmayacaq.

Olimpiadada Rusiya və Belarusun rəsmi simvollarının nümayişi qadağan ediləcək. Z simvolunun, hər hansı hərbi simvolların və ya Müqəddəs Georgi lentinin rənglərinin istifadəsinə də icazə verilmir. BOK prezidenti Tomas Bax xəbərdarlıq edib ki, Rusiya Federasiyası və Belarus idmançıları bu simvolu nümayiş etdirsələr diskvalifikasiya oluna bilərlər.

S.ELAY

XQ

İdman