Erməni diasporunun regionda sülhə təhdid yaradan fəaliyyəti Bolqarıstan mediasında işıqlandırılıb

post-img

Erməni diasporunun regionda sülh, sabitlik və əməkdaşlığa təhdid yaradan fəaliyyəti Bolqarıstan mediasında geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, yayılan məlumatlarda xaricdə yaşayan erməni diasporunun Ermənistan əhalisi arasında radikal millətçilik və revanşizm meyillərinin alovlandırmasında səylər göstərdiyi, ermənilərlə azərbaycanlılar arasında kin və nifrətin daim davam etməsinə çalışdığı, bölgədə sülh və rifah mühitinin yaranmasına mane olduğu ətraflı izah edilir, diasporun nifaq və düşmənçilik siyasətinin ermənilər üçün tarixən fəlakətlərə səbəb olduğu vurğulanır. Erməni diasporunun 30 il ərzində Ermənistan hökumətinin etnik nifrət zəminində təcavüzkar siyasətini dəstəkləyərək azərbaycanlıların öz yurdlarından qovulmasına və ərazilərinin talan edilməsinə haqq qazandırdığı da məlumatlarda öz əksini tapır.

Bolqar mətbuatında, həmçinin erməni diasporunun fəaliyyət göstərdiyi ölkələrdə yerli media və sosial şəbəkələr vasitələri ilə bu dövlətlərin ictimai rəyinə və rəsmi mövqeyinə təsir göstərdiyi qeyd olunur və yerli hökumətlərin erməni diasporunun təxribatçı siyasətinə qarşı diqqətli olmasının əhəmiyyəti vurğulanır.

Siyasət