Budapeştdə bədii gimnastika üzrə keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti müəyyənləşib.
Fərdi birincilikdə Zöhrə Ağamirova, Kamilla Seyidzadə və İlona Zeynalova çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandada Ləman Əlimuradova, Yelizaveta Luzan, Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Darya Sorokina mübarizə aparacaqlar. Yeniyetmələrin yarışında isə Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı təmsil olunacaqlar.
Qeyd edək ki, Avropa çempionatı Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Mayın 22-dən 26-dək davam edəcək turnirə, ümumilikdə 302 idmançı qatılacaq.
L.QURBANOVA XQ