Qadın həndbolçulardan ibarət Azərbaycan millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya açıq çempionatında ilk oyununda qələbə qazanıb.
Yığmamız ilk görüşdə yerli OKMK klubunu 30:28 hesabı ilə məğlub edib. Azərbaycan yığması A qrupunda növbəti matçlarda Qazaxıstanın “Almata Region” və Özbəkistanın ROPSTTM kollektivləri ilə mübarizə aparacaq.
Qeyd edək ki, turnir mayın 21-də başa çatacaq.
L.QURBANOVA XQ