Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyanın Kaspiysk şəhərində “Surakat Asiyatilov”un xatirəsinə həsr edilmiş 20 yaşadək yeniyetmələr arasında beynəlxalq turnirdə uğurla çıxış ediblər.
Yığmanın heyətində mübarizə aparan Təvəkkül Xəziyev (67 kq) yalnız finalda məğlub olaraq gümüş medala sahib olub. Tural Əhmədov (60 kq) və Cocu Səmədov (87 kq) isə bürünc mükafata yiyələniblər.
Qeyd edək ki, turnirdə 7 ölkədən ümumilikdə 190 güləşçi mübarizə aparıb.
L.QURBANOVA XQ