Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü və yekun oxunuşda qəbul edib. Məlumatı “İnterfaks.ru” verib.
Bu qanun hakim “Gürcü Arzusu” partiyası tərəfindən aprel ayında parlamentdə müzakirəyə çıxarılandan bəri onun hakimiyyətin nəzarətində olmayan qeyri-hökumət təşkilatlarını və azad medianı “damğalamaq” məqsədi daşıdığına inanan müxalifət qüvvələrinin son dərəcə mənfi reaksiyasına səbəb olub.
“Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvilinin bəyanatına görə, Gürcüstanda 31 minə yaxın qeyri-hökumət təşkilatı qeydiyyatdan keçib.
Tələbələr aprelin 15-dən Tbilisidə hər gün keçirilən etiraz aksiyalarına qoşularaq mitinq və nümayişlər keçirirlər. Hökumət nümayəndələrinin mahiyyəti üzrə müzakirəyə başlamaq təkliflərinə bütün opponentlər birmənalı cavab veriblər: “Qanun Rusiyadır və onun qəbulu Rusiya ilə yaxınlaşma deməkdir”.
Gürcüstanın baş naziri İrakli Kobaxidzenin dediyi kimi, “Xarici təsirin şəffaflığı haqqında” qanunun yalnız bir məqsədi var – xaricdən milyonlarla dollar alan və bu vəsaitləri “təxribat xarakterli siyasi fəaliyyətə” xərcləyən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatlarını ictimaiyyətə açıqlamaq”.
P.ƏMİRCANOV
XQ