Jokeyimizdən Moskvada 4 “qızıl”

post-img

Rusiyanın paytaxtı Moskva şəhərinin “Maksima Stables” atçılıq mərkəzində dresaj növü üzrə beynəlxalq yarışda Azərbaycan təmsilçisi Aydın Əlibəyov uğurla çıxış edib. 

4 gün davam edən “Qələbə Kubokunun Finalı”nda 3 atla iştirak edən həmyerlimiz cavan atlar (5 – 7 yaş) arasında keçirilən turda 4 qızıl medal qazanıb. O, “Intermediate 1 Freestyle” proqramında isə 5-ci yerə layiq görülüb.

Turnirdə müxtəlif bölgələrdən ən güclü atlar iştirak ediblər. 

L.QURBANOVA XQ

 

İdman