Avropa çempionatında bürünc medal

post-img

Serbiyanın paytaxtı Belqradda Avropa çempionatında Azərbaycan taekvondoçusu  Qaşım Maqomedov mükafatçılar sırasında yer alıb. 

Yarışda 58 kiloqram çəkidə mübarizə aparan komandamızın üzvü ilk görüşdə rumıniyalı Skutaru Tristan, 1/8 finalda Xaled Abdel Halima (Almaniya), sonrakı mərhələdə Cek Uollini (İrlandiya) məğlub edib. Yarımfinalda gərgin keçən qarşılaşmada Vito Dell Aquilaya (İtaliya) uduzan dayanq ustamız bürünc medalla kifayətlənib.

L.QURBANOVA XQ

İdman