Cüdoçularımızdan kata üzrə ilk mükafat

post-img

Azərbaycan cüdoçuları Polşanın Radom şəhərində keçirilən cüdo üzrə Avropa kata turnirində bürünc medal qazanıblar.

Komandamızın üzvləri İsmayıl Rzayev (tori) və İbrahim Aslanov (uke) böyüklər arasında nage-no-kata üzrə 353,5 xal toplayaraq turnirdə 3-cü yeri tutublar. Bu, Azərbaycan cüdo tarixində kata üzrə beynəlxalq yarışda ilk medaldır. 

L.QURBANOVA XQ

İdman