Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir

post-img

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, hərbi hissələrdə bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışında növbəti fəaliyyətlər icra edilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, təlim çərçivəsində şəxsi heyətlə maarifləndirici söhbətlər aparılır, hərbi nizamnamələr, atəş, sıra, hüquq, mühəndis, rabitə, hərbi tibbi hazırlıq üzrə məşğələlər və digər dərslər keçirilir.

Təlim toplanışı zamanı ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə, hərbi vərdişlərinin, bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönələn fəaliyyətlər icra olunur, eyni zamanda, ordumuzun arsenalındakı müasir silah və hərbi texnikanın istismar qaydaları öyrədilir.








Ordu