Azərbaycan futbolunda yeni rekord

post-img

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.

Qurban Qurbanovun yetirmələri 2023/2024-cü illər mövsümünün çempionu adını XXVIII turda təmin ediblər. belə ki, Ağdam klubu sona 8 tur qalmış qızıl medala sahib çıxıb.

Xatırladaq ki, əvvəlki rekord da ağdamlılara məxsus idi. 2015/2016-cı və 2017/2018-ci illər mövsümlərində sona 4 tur qalmış çempionluğu təmin edən klub bu rekordu ikiqat üstələyib.

Leyla SABİRQIZI
XQ

İdman