Gimnastımız Portuqaliyada 2-ci yeri tutub

post-img

Portuqaliyanın Kantanhede şəhərində aerobika gimnastikası üzrə “12-ci Kantanhede beynəlxalq açıq yarışı 2024” keçirilib. 

Yarışda böyüklər arasında Arzu Ağayeva, Xədicə Quliyeva, Leyla Bejanovadan ibarət üçlük, birlikdə möhtəşəm xoreoqrafiya sərgiləyib. Onlar 2-ci yerin sahibi olaraq gümüş medal qazanıblar. Fərdi çıxışlar zamanı Leyla Bejanova 13-cü,  Arzu Ağayeva isə 21-ci yerdə çıxışını başa vurub. Sözügedən yarışın, gənclər arasında baş tutan hissəsində isə Fidan İbrahimova, Leyla Əhmədova və Evelina Kozlovskayadan ibarət üçlük yarışı 17-ci sırada tamamlayıb. Fərdi çıxışlarda isə Məryəm Topçubaşova mübarizə apararaq 7-ci yerdə qərarlaşıb.

Leyla SABİRQIZI
XQ

İdman