“Paolo De Aloya” xatirə turnirində gümüş medal

post-img

Azərbaycan idmançısı Diana Dımçenko akademik avarçəkmə üzrə “Paolo De Aloya” xatirə turnirində gümüş medal qazanıb.

İtaliyada təşkil edilən yarışda o, bir nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşlərdə təsnifat mərhələsini birinci pillədə tamamlayaraq finala vəsiqə qazanıb.

Burada avarkəçəni qızıl medaldan cəmi bir neçə saniyə ayırıb. Serbiyalı Arsik Yovanadan (08:01:16 - 08:05:47) dörd saniyə geri qalan yığma üzvü turnirin gümüş mükafatına sahib çıxıb.

Qeyd edək ki, Diana Dımçenko ötən il də “Paolo De Aloya” turnirində fəxri kürsüyə qalxıb. O, bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.

Leyla SABİRQIZI
XQ

İdman