“Şahdağ”da beynəlxalq xizək alpinizmi yarışı

post-img

Beynəlxalq Xizək Alpinizm Federasiyası (ISMF), Qış idman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə “Şahdağ”da beynəlxalq xizək alpinizmi yarışına start verilib.

Turnirin ilk günündə idmançılar sprint yürüşü üzrə güclərini sınayıblar. Yarış martın 10-da vertikal növ üzrə davam edəcək.

Turnirin keçirilməsində əsas məqsəd ölkədə qış idman növlərini təşviq etmək, insanlar arasında xizək idman növlərinə marağı artırmaq, həmçinin mərkəzin beynəlxalq yarışların təşkili istiqamətində təcrübəsini genişləndirməkdir.

Tədbirdə Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Qış İdman Növləri Federasiyasının rəsmiləri iştirak ediblər.

Birincilik uğrunda iki gün ərzində 11 ölkənin 60-dək idmançısı mübarizə aparacaq.

Leyla SABİRQIZI XQ

 

İdman