Gimnastımız Polşada qızıl medal qazanıb

post-img

Azərbaycan gimnastı Fərhad Vəliyev beynəlxalq turnirdə uğurla çıxış edib.

Təmsilçimiz Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə XI Vavel yarışında bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb. O, bu nailiyyəti ikili mini batut üzrə yarışda əldə edib. 

Leyla SABİRQIZI, XQ

İdman