“Gymnastic International 2024” turnirində 2 medal

post-img

Azərbaycanın bədii gimnastları “Gymnastic International 2024” turnirində uğurla çıxış ediblər. 

Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən beynəlxalq yarışda Şəms Ağahüseynova gümüş, İlahə Bahadırova bürünc medal qazanıblar. 

Onlar mükafatları, müvafiq olaraq lent və topla hərəkətlərin icrasında əldə ediblər. 

Leyla QURBANOVA, XQ

İdman