Hidayət Heydərovdan “Böyük dəbilqə”də qızıl medal!

post-img

Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində cüdoçularımız Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb.

H.Heydərov həlledici qarşılaşmada tacikistanlı Abubakr Şerovu məğlub edib. 81 kiloqram çəki dərəcəsində isə Azərbaycan finalında Ö.Rəcəbli və Z.Tçkayev qalibi müəyyənləşdirəcəklər.

Qeyd edək ki, yarışın ilk günündə təmsilçilərimizdən  Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.

Leyla QURBANOVA

XQ

İdman