Cüdoçuların komanda yarışında qaliblər bilinib

post-img

U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyinin komanda yarışlarına yekun vurulub.

Yarışlarda 8 komandadan 72 idmançı medallar uğrunda mübarizə aparıb. Yekun nəticəyə görə, “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb. Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) cüdoçuları 2-ci yeri tutub. Bakı şəhəri 13 nömrəli İOEUGİM 2 və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi üçüncü yerləri bölüşüblər.

Leyla QURBANOVA

XQ

İdman