Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyada tədqiqat işlərinə başlayıb

post-img

Türk astronavtı Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyada tədqiqat işlərinə başlayıb. Bu barədə Türkiyə Kosmik Agentliyinin (TUA) X sosial şəbəkəsində yaydığı məlumatda deyilir. Xəbəri “Anadolu” verib. 

Gezeravcı Ax-3 missiyasının bir hissəsi olaraq ISS-ə gəlib. Stansiyada apardığı ilk təcrübənin bir hissəsi olaraq astronavt duz stresi şəraitində bitkiləri tədqiq edəcək.

Elmi layihənin rəhbərləri Ege Universitetinin əməkdaşları professorlar İsmayıl Türkan, Rengin Özgür Üzilday və Barış Uzildaydır. Tədqiqat məqaləsi “Kosmos mühitində ifrat halofit Schrenkiella Parvulanın duz stresinə reaksiyasının tədqiqi” adlanır.

Təcrübə çərçivəsində kosmosda və Yer kürəsində thaliana" və "schrenkiella parvula" duzlu stress şəraitində yetişdirilən A. bitkilərində yeni nəsil sekvensiyadan (RNT-seq) istifadə etməklə transkriptomun identifikasiyası planlaşdırılır. Qlikofitik və halofit bitkilərin mikroqravitasiya mühitində duz stresinə bir sıra fizioloji və molekulyar reaksiyaları da müqayisə ediləcək.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər