Yüksək Liqa: X turun proqramı açıqlanıb

post-img

Qadın voleybolçular arasında Yüksək Liqada növbəti oyunlar keçiriləcək.

Azərbaycan çempionatında X turun qarşılaşmaları yanvarın 23-25-də təşkil ediləcək. Belə ki, yanvarın 23-də Gənclər və İdman Nazirliyinin (GİN) Voleybol Mərkəzində saat 17:00-da “Murov Az Terminal”-“Gəncə” klublarının qarşılaşması start götürəcək. Digər oyun isə “Milli Aviasiya Akademiyası” ilə UNEC komandaları arasında olacaq. Matç UNEC-in idman zalında saat 18:00-da başlayacaq. 

Yanvarın 25-də GİN-in Voleybol Mərkəzində təşkil olunacaq “Abşeron” - “Azərreyl” matçı ilə tura yekun vurulacaq. 

Leyla QURBANOVA

XQ

İdman