Xizək alpinizmi üzrə Avropa çempionatının açılış mərasimi olub

post-img

Millimiz qitə çempionatında iştirak edir

Fransanın Flaine bölgəsində xizək alpinizmi üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.

Qış İdman Növləri Federasiyasından “XQ”yə bildiriblər ki, mərasimdə çıxış edən Xizək Alpinizmi üzrə Beynəlxalq Federasiyanın Avropa Konsulluğunun Prezidenti Günel Bədəlova çıxış edərək idmançılara uğurlar arzulayıb.

Azərbaycan milli komandasının da qatıldığı yarışda 22 ölkədən 225 idmançı iştirak edir.

Ayın 12-nə kimi davam edəcək turnirdə Azərbaycan idmançıları yanvarın 10-da sprint, 11-də isə vertikal növlərdə mübarizə aparacaqlar. 

 





İdman