Kikboksçu mükafatçılar

post-img

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş kikboksinq üzrə kadetlər arasında muxtar respublika birinciliyi keçirilib. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “XQ”yə bildiriblər ki, yarışda 2 yaş kateqoriyasında 60 idmançı 14 çəki dərəcəsi üzrə mübarizə aparıb. 

Nəticələrə əsasən, 6–8 yaş kateqoriyasında Cahangir Abdullayev (20 kq), Mircəlal Seyidov (22 kq), Yusif Qasımov (24 kq), Murad Məmmədli (26 kq), Nəsir Əliyev (30 kq), Xeyal Quliyev (30+ kq) qalib olublar. Adəm Cəfərov (26 kq), Məhəm­məd Seyidov (28 kq), Uğur Nurməmmədli (30 kq), Mövlan Seyidov (32 kq), Tunar Abdullayev (37 kq), Xəyal Seyidov (42 kq) və Ayxan Oruc­zadə (42+ kq) isə 9-10 yaş kateqoriyasında 1-ci yeri tutublar.

Leyla SABİRQIZI
XQ

İdman