AFFA-da onlayn seminar

post-img

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları tərəfindən ikinci onlayn seminar təşkil olunub.

Klublarda ça­lışan azarkeşlərlə əlaqələndirici şəxslər və əlil azarkeşlərlə əlaqələndirici şəxslər üçün keçirilən semi­narda Azərbaycan Premyer Liqasının XVI və XVII turlarında keçirilmiş oyunlarında fanatlarla bağlı təşki­lati məsələlər zamanı görülmüş işlər barədə müzakirələr aparılıb.

Tərəfdarlarla əlaqələndirici şəxslərin fəaliyyəti üçün faydalı materiallar paylaşılıb. 

Leyla SABİRQIZI
XQ

İdman