“Prezident Kuboku -2023”: Finalçılar müəyyənləşib

post-img

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə start götürən çövkən milli atüstü oyunu üzrə “Prezident Kuboku” turnirində finalçılar məlum olub. 

Yarımfinalda “Polad” komandası “Omar” yığmasına 4-1 hesabı ilə qalib gələrək finala yüksəlib. Digər yarımfinal oyununda isə “Sərhədçi-Qarabağ” komandası “Sərhədçi-Dilbaz”ı minimal hesabla üstələyərək finalda “Polad” komandasının rəqibi olub.

Turnirin final oyunları dekabrın 24-də keçiriləcək. Günün ilk oyunu “Sərhədçi-Dilbaz” komandası ilə “Omar” arasında 3-cülük uğrunda olacaq. Kubokun sahibini isə “Polad” və “Sərhədçi-Qarabağ” komandaları müəyyən edəcək.

Final oyununun ardınca turnir iştirakçılarının təltifetmə mərasimi keçiriləcək.

İdman