Xankəndidəki qələbə Qurban Qurbanov üçün yubileylə əlamətdar olub

post-img

“Qarabağ” Azərbaycan Kubokunda Qurban Qurbanovun rəhbərliyi altında 40-cı qələbəsini qazanıb.

Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verilir ki, bu, dünən Ağdam klubunun Xankəndidə MOİK-ə 1:0 hesabı ilə qalib gəldiyi oyunda yaşanıb. Yubiley 51 yaşlı mütəxəssisin postundakı 64-cü qarşılaşmasında qeydə alınıb.

Qeyd edək ki, Q. Qurbanov 2008-ci ildən çalışdırdığı “Qarabağ”la ilk kubok qələbəsini 2008/2009-cu illər mövsümündə qazanıb. Ağdamlılar 1/8 finalda “Bakılı”nı evdə 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

İdman