Uşaq futbolu seminarı

post-img

“Sabah” Futbol Akademiyasının U-11 və U-12 komandasının futbolçuları üçün “Uşaqların hüquq və maraqlarının qorunması” mövzusunda maarifləndirici seminar təşkil edilib.

Təlimdə azyaşlılara uşaqların hüquqları və vəzifələri barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Uşaqların mövzu ilə bağlı məlumatlarının möhkəmləndiril­məsi üçün müxtəlif əyləncəli oyunlar təşkil edilib.

Qeyd edək ki, gələcəkdə bu cür maariflən­dirici seminarların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

Leyla SABİRQIZI 
XQ

İdman