“Globe Soccer Awards” 2023-cü ilin ən yaxşı futbolçusu adına namizədlərin yekun siyahısı bəlli olub.
Siyahıda yer alan 11 oyunçu mükafata iddialıdır. Namizədlər sırasında Cud Bellinqem, Vinisius Junior (hər ikisi “Real”, İspaniya), Kərim Benzema (“Əl-İttihad”, Səudiyyə Ərəbistanı), Kevin De Bruyne, Erlinq Holann, Bernardo Silva (hamısı “Mançester Siti”, İngiltərə), Kilian Mbappe (PSJ, Fransa), Lionel Messi (“İnter Mayami”, ABŞ), Viktor Osimxen (“Napoli”, İtaliya), Məhəmməd Salah (“Liverpul”, İngiltərə) və Kriştianu Ronaldudur (“Əl-Nəsr”, Səudiyyə Ərəbistanı) yer alıblar.
İlin ən yaxşı futbolçusunun adı 2024-cü il yanvarın 19-da məlum olacaq.
Xatırladaq ki, Fransa millisinin hücumçusu Kilian Mbappe 2022-ci ildə bu mükafatı qazanıb.
Leyla SABİRQIZI
XQ

