Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş XV Respublika Spartakiadasının qalibləri müəyyənləşib.
Orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçirilən turnirin dama yarışında Azərbaycan Dövlət Pedaqoji Kollecinin komandası 1-ci yeri tutub. Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci 2-ci, Bakı Texniki Kollecinin damaçıları 3-cü pillədə qərarlaşıblar.
Oğlanların mübarizəsində isə qalib adına Qida Sənayesi Kolleci sahib çıxıb. Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci gümüş, Sənaye və Texnologiya Kolleci isə bürünc medallar qazanıblar.
Leyla SABİRQIZI
XQ

