“Formula 1”də ən yaxşı ötmələr

post-img

“Formula 1” üzrə dünya çempionatında 2023-cü il mövsümünün ən yaxşı ötmə əməliyyatı müəyyənləşdiriləcək. 

Mövsüm ərzində bu meyara görə fərqlənən 5 pilot namizədlər sırasında yer alıb. Yarışın rəs­mi “X” hesabındakı siyahıda “Aston Martin” pilotu Fernando Alonsonun 3, “Ferrari”dən Şarl Leklerin 2, “Red Bull”dan Serxio Peres, “Haas”dan Kevin Maqnussen, “McLaren” komandasından Lando Norrisin hərəyə 1 ötməsi göstərilib. Fernando Alon­sonun Azərbaycan Qran-prisində “Ferrari”dən Kar­los Saynsı keçməsi də namizədlərdən biridir. 

Xatırladaq ki, başa çatan mövsümdə “Red Bul­l”un pilotu Maks Ferstappen qalib adına layiq gö­rülüb. 

Leyla SABİRQIZI
XQ

İdman